ABŞ-dan Misirdə qəzaya uğrayan rus təyyarəsi haqda şok açıqlama
ABŞ: Misirdə düşən Rusiya təyyarəsini İŞİD partladıb
ABŞ administrasiyasının rəsmisinə istinadən yerli KİV-lərin verdiyi məlumata görə, Rusiyaya məxsus A321 təyyarəsi partladılıb.
Ölkə.az xəbər verir ki, ABŞ təyyarəni İŞİD terror təşkilatının partlatdığı qənaətindədir.
Qeyd edək ki, İngiltərə hökuməti də Rusiya təyyarəsinin partlayıcı maddə ilə havada partladıldığını bildirib. Bundan əlavə İngiltərə hökuməti Misirə uçuşların dayandırılması göstərişi verib. London rəsmiləri Misir hava limanlarının təhlükəsizliyinin zəif təmin olduğunu əsas gətirərək belə bir qərarı qəbul etdiklərini bildiriblər.
Mənbə:> Olke.az