Ağ evdən Misirə "demokratiya" silahları » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Ağ evdən Misirə "demokratiya" silahları

Ağ evdən Misirə "demokratiya" silahları


ABŞ prezidenti Barak Obama Misirin 18 aylıq silah embarqosunu ləğv edib.

ANS PRESS-in məlumatına görə, beləliklə 12 F-16 təyyarəsi, 20 “Harpun” raketi və 125 M1A1 Abrams tanklarının Misir ordusuna çatdırılımasına yol açılır.

Bundan əlavə ABŞ dövlət başçısı prezident Əbdel Fəttah Əl-Sissiyə hər il Misirə 1.3 milyard dollarlıq hərbi yardım göstəriləcəyini vəd edib. Yardımlar 2013-cü ilin oktyabr ayında Misir ordusunun sabiq preziden Məhəmməd Mursinin hakimiyyətdən salınması ilə dayandırılmışdı.

Ağ Evin qərarı Misir rəsmilərinin şiə qiyamçılarla mübarizədə ABŞ-dan embarqonun dayandırılması tələbindən sonra alınıb. Rəsmən isə bildirilir ki, qərar bir ay sürən araşdırmalardan sonra verilib. Araşdırmalar ABŞ-ın müdafiə zərurəti, yoxsa Misrin "demokratik islahatlar"ına yardım mahiyyəti daşıdığına həsr edilmişdi.

Ağ Evin bəyanatında bildirilib ki, Misirin islahatları deyil, ABŞ-ın milli təhlükəsizlik maraqları nəzərə alınaraq silah təminatına qərar verilib. Lakin Misirdə insan hüquqlarına dair narahatlıqların dilə gətirilməsinin dayandırılmayacağı deyilib.

Lakin, London Universitetinin professoru Con Çalkraftin ABŞ-nin bu qərarırnı kəskin tənqid edib. Onun fikrincə Sissi hökumətinin insan hüquqlarına riayət etmədiyini demək kifayət etmir. "Obamanın bu kimi rejimlərə hərbi dəstəyi yanlışlıqdır və bu, gələcək üçün problemlər yaradacaq"- deyə o bildirib.

Misirdə Mursinin terror qrupu elan edilən Müsəlman Qardaşları partiyasının on minlərlə üzvü həbs edilib, yüzlərlə insan öldürülüb. Qeyri-müsəlman hüquq müdafiəçiləri və jurnalistlər artmaqda olan təzyiqlər altındadır.

Təhrir universitetinin alimi Timoti Kaldas Ağ Evin qərarını ABŞ-ın regiondakı davamlı siyasəti adlandırıb."Bu təəccüblü görünmür. Cünki Amerika insan hüquqlarının vəziyyəti və demokratik öhdəliklərə baxmayaraq, həmişə Misirə maddi və hərbi yardım göstərib."

Qeyd edək ki, 2018-ci ildən başlayaq Misirə hərbi təchizat illik yardım paketinə salınacaq. Lakin, Misir bundan əlavə kredirlə silah almaq imkanından məhrum ediləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *