BƏƏ-ni tənqid etdi, həbsə atıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

BƏƏ-ni tənqid etdi, həbsə atıldı

BƏƏ-ni tənqid etdi, həbsə atıldı


İordaniyada "Müsəlman qardaşlar" təşkilatının liderlərindən biri Zəki Bani Rəşid 1,5 illik həbs cəzasına məhkum edilib.

ANS PRESS-in məlumatına görə, buna səbəb onun Birləşmiş Ərəb Əmirliklərini (BƏƏ) tənqid etməsi olub.

Belə ki, o, Facebook sosial şəbəkəsində yazaraq bildirmişdi ki, Birləşmiş Ərəb Əmirlikləri hakimiyyətində legitimlik çatışmır. Bundan başqa o, BƏƏ-ni ABŞ və İzrailin maraqlarına xidmət etməkdə ittiham etmişdi. Onun fikrincə, "Müsəlman qardaşlar" da daxil olmaqla 80-ə yaxın təşkilatın terrorçuluğu dəstəkləyənlər siyahısına salınması məhz Amerika və İzrailin maraqlarına xidmət edir.

Qeyd edək ki, bundan əvvəl də "Müsəlman qardaşlar" təşkilatının üzvləri həbs edilmişdi. Belə ki, keçən ilin mart ayında Misir məhkəməsi “Müsəlman qardaşlar” təşkilatının 529 üzvünün, iyun ayında isə 183 üzvünün edamı ilə bağlı qərar çıxarmışdı. Bundan başqa, 2013-cü ildən etibarən bu təşkilat Misirdə terrorçu təşkilat kimi elan edilib və fəaliyyəti qadağan edilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *