Misirdə iğtişaşlar başladı – VİDEO
Misirdə məhkəməsinin Hüsnü Mübarəkə bəraət qazandırmasından sonra ölkə əhalisi demək olar ki, iki yerə bölünüb.
ANS TV-nin məlumatına görə, 2011-ci ilin iğtişaşları zamanı ölən etirazçıların yaxınlarının qəzəbinə səbəb olan qərar, onların küçələrə çıxması ilə nəticələnib. Misir polisinin müdaxiləsindən sonra vəziyyət daha da gərginləşib. Təhlükəsizlik qüvvələri minlərlə insanı dağıtmaq üçün gözyaşardıcı qaz və su şirnaqlarından istifadə edib.
“Associated Press” məlumatına görə, polis qüvvələri etiraz aksiyasına, ölkədə fəaliyyəti qadağan olunmuş “Müsəlman Qardaşlığı” hərəkatının üzvlərinin qoşulmasından sonra müdaxilə edib. Qahirənin mərkəzində baş verən toqquşmalarda iki nəfərin həlak olduğu, 30 nəfərin isə həbs olunduğu deyilir.
Mənbə:> ANSPRESS