Honq Konqda yeni iğtişaşlar
Çinin Honq Konq yarımmuxtar regionunda etiraz aksiyaları bu səhər də davam edib. ANS PRESS-in məlumatına görə, Honq Konqun Monq Kok böogəsində demokratiya tərəfdarları olan etirazçılarla polis arasında toqquşmalar baş verib. Qarşıdurmaya etirazçıların yeni barrikadalar qurmağa çalışması səbəb olub. Toqquşmalar zamanı bir neçə etirazçının polis tərəfindən saxlanıldığı bildirilir.
İnsident zamanı etirazçıların olduğu əraziyə sürülən avtomobilin 3 taksi ilə toqquşması da vəziyyəti gərginləşdirib.
Honq Konqda etirazlar sentyabrın 26-dan bəri davam edir. Aksiya iştirakçıları Honq Konq administrasiyasının rəhbərinin Pekin tərəfindən müəyyənləşdirilməsini deyil, Honq Konq sakinləri tərəfindən seçilməsini tələb edir. Rəsmi Pekin isə yarımmuxtar regionda seçki modelinin dəyişilməyəcəyini bəyan edib.
Mənbə:> ANSPRESS