Ferqusonda aksiyaçılar polis binasına irəlilədi
ABŞ-ın Missouri ştatının Sent Luis şəhərindəki Ferquson bölgəsində, 18 və 25 yaşlarında iki zənci gəncin öldürülməsinin ardından başlayan nümayişlər davam edir.
ANS PRESS-in məlumatına görə, Kanfild yolu üzərində Maykl Braunun polis tərəfindən öldürüldüyü yerə axşam saatlarında güllər qoyulmasının ardından Qərbi Florissant prospektində toplanan təxminən 150 zənci, Ferquson polis binasına qədər gedib.
Aksiyaçılar polisin ara-sıra müdaxilə etdiyi nümayişdə ''Əllerim başımın üstündədir, mənə atəş etmə, polis!'' şəklində şüar səsləndirib. Baxmayaraq ki, polis bu şüarı işlədən hər bir kəsi tutacağı xəbərdarlığını edib.
Polisin canlı divar hördüyü Ferquson polis binasının qarşısında nümayişlərini davam etdirən fəallar səhərə yaxın dağılıb.
Etirazların bu gün də davam edəcəyi bildirilir.
Mənbə:> ANSPRESS