Müsəlmanlara qarşı qətliam davam edir
Tarixin ən vəhşi qətliamlarından birinin yaşandığı Mərkəzi Afrika Respublikasında insanlıq böhranı davam edir.
ANS PRESS-in məlumatına görə, Hücumların sıx olaraq yaşandığı paytaxt Banguidəki PK5 bölgəsində patrul gəzən Fransız əsgərlərinin hücumu və vertolyotdan açılan atəş nəticəsində 9 adam həyatını itirərkən 29 adam da yaralanıb.
Yaralı 27 nəfərdən 12-si “Yer üzü Həkimləri” PK5 səhiyyə klinikasında həkimlər tərəfindən müalicə alarkən vəziyyəti ağır olan digər yaralılar Mərkəzi Xəstəxanaya keçirilib. Hadisələrdən sonra PK5-dəki xalq etiraz nümayişləri reallaşdırılıb.
Müsəlmanlara qarşı qətliamın sürdüyü ölkədə 700 min adam ölkə içində yer dəyişdirmək məcburiyyətində qalarkən, 400 min adam isə Kamerun, Çad, Konqo Demokratik Respublikası və Konqoya sığınıblar. Müsəlmanlar aclıq və səfalətlə bərabər səhiyyə problemləriylə də mübarizə edir.
Bu arada “Yer üzü Həkimləri” Mərkəzi Afrika Respublikasında köçkün düşmüş vətəndaşlara tibbi yardım aparmaq üçün "Kömək istəmək üçün uzanmış bir əli də siz tutun" adında kampaniyaya start verib.
Layihə çərçivəsində mərkəz məscidinə yaxın sahədə klinika açan “Yer üzü Həkimləri” Kamerun və Çaddaki qaçqın düşərgələrinə dərman və könüllü həkim qrupu göndərir.
Mənbə:> ANS PRESS