Yaralılar Almaniyada müalicə ediləcək
Almaniya höküməti Ukrayna hərbi qulluqçularının 20 ağır yaralısının müalicəsini öz üzərinə götürüb.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna prezidenti Petro Poroşenko Kiyevdə Almaniya kansleri Angela Merkellə birgə keçirilən mətbuat konfransında bildirib.
Bununla bağlı Ukrayna prezidenti Petro Poroşenko Merkelə xüsüsi təşəkkürünü bildirib.
Almaniyanın federal kansleri Angela Merkelin Ukraynaya səfəri davam edir.
Mənbə:> ANSPRESS