Fransada ara qarışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə, Dünya

Fransada ara qarışdı

Fransada ara qarışdı


Şənbə günü Fransanın Nant və Tuluza şəhərlərində keçirilən kütləvi etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Toqquşmalar nəticəsində bir neçə nəfər xəsarət alıb. Nant şəhərində nümayişçilər polislərə içərisində yandırıcı maddə olan şüşələr və daş atıblar. Polis isə etirazçılara qarşı gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib. Etirazçıların bir çox yerdə vandalizm əməlləri törətdikləri bildirilir. Nəticədə Nant şəhərində 5 nümayişçi və 3 polis zabiti yaralanıb.

Tuluzada da qaşıdurmalar zamanı xəsarət alanlar olub. Nant şəhərində 21, Tuluzada isə 13 etirazçı həbs edilib.

Fransanın Lill, Bordo və Avinyon şəhərlərində də analoji aksiyalar keçirilib.

Nümayişlərə Remi Fres adlı ekologiya fəalının ölümü səbəb olub. O, ötən həftə Fransanın cənub-qərbində su bəndinin inşasına qarşı etiraz aksiyasında polislə qarşıdurma zamanı ölmüşdü. Remi Fres Fransada 1986-cı ildən bəri hüquq-mühafizə orqanlarının kütləvi etiraz aksiyasını dağıtması zamanı ölən ilk nümayişçi olub.

Ölkə prezidenti Fransua Olland ekologiya fəalının ölümünün istintaqını şəxsən öz nəzarətinə götürüb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *