Femen İŞİD-ə qarşı birləşdi
Dunyaca məşhur Femen hərəkatı Fransanın paytaxtı Parisdə yeni aksiya keçirib.
ANS PRESS-in məlumatına görə, onlar bu dəfə aksiyanı terrorçu təşkilat İŞİD əleyhinə keçiriblər.
Femen üzvləri soyunaraq hüquq-mühafizə orqanlarının qarşısında dayanıblar. Onlar “Kalaşnikov” avtomatının maketi ilə silahlanaraq, Fransanın hüquq-mühafizə orqanlarını İŞİD təşkilatına qarşı birləşməyə səsləyiblər.
Aksiyanın təşkilatçısı Femenin lideri İnna Şevçenko olub. O, səhər saatlarında Parisə gəlib.
“Siyasi gedişatlardan qorxmayın. Yalnız biz onlara ictimai və siyasi qınaqlarla qalib gələ bilərik. Hamımız İŞİD-ə qarşı birləşək”, deyə bəyanat veriblər.
Mənbə:> ANSPRESS