Fransa İŞİD-dən qaçanlara qucaq açdı
Türkiyədan sonra Fransa hökuməti da İraqda İŞİD zorakılıqlarından qaçan insanlara sığınacaq vermək qərarına gəlib.
Əsasən, xristian inanclı insanlar və yezidilərin ölkədə məskunlaşmasına imkan yaradılıb. ANS PRESS-in məlumatına görə, ötən gün 150-ə yaxın iraqlı Parisə ayaq basıb. Ölkənin xarici işlər naziri Loran Fabiüs hava limanında qaçqınları qarşılayıb.
Sözügedən şəxslər kürd muxtar regionunun paytaxtı Ərbildən Fransa hərbi təyyarələri ilə təxliyə edilmişdilər.
Fransa rəhbərliyi artıq ikinci dəfədir ki, iraqlı qaçqınlara sığınacaq verir.
Mənbə:> ANSPRESS