Fransada terakt təhlükəsi
Brüsseldəki “Yəhudi muzeyi”ndə 4 nəfəri qətlə yetirən terorçu Mehdi Nemmuş iyulun 14-ü Parisdəki Yelisey çöllərində teror aktı törədə bilərdi.
ANS PRESS-in məlumatına görə, bu haqda “Le Figaro” qəzeti xəbər yayıb. Bildirilib ki, həmin gün Bastiliyanın alınması münasibətilə bir çox rəsmilərin də iştirakı ilə bayram tədbiri keçirilirdi. Nemmuşun hədəfi də Fransanın məşhur siyasətçiləri idi. Lakin Fransanın Daxili İşlər Nazirliyi və prokurorluq bu məlumata şərh verməkdən imtina etdilər.
Qeyd edək ki, Nemmuş əvvəllər Suriyada döyüşüb. Onun həbs edilməsindən sonra əldə edilən video yazılar da bunu sübut edir.
Mənbə:> ANSPRESS