Minlərlə insan aborta qarşı küçələrə axışdı
İspaniyanın Madird şəhərində abortların həyata keçirilməsinə qarşı qanunun daha da sərtləşdirilməsi tələbi ilə kütləvi aksiya keçirilib.
ANS PRESS-in məlumatına görə, nümayişçilər ağ bayraqlarla "hər həyat əhəmiyyətlidir" şüarı ilə küçələrə çıxıblar. Etirazçılar şəhərin mərkəzi küçələri ilə Xalq partiyasının ofisinə yürüş ediblər.
Baş nazir Mariano Raxoy 2011-ci ildə Nazirlər Kabinetinin başçılığına namizəd olduğu zaman abortlar haqqında qanunvericiliyi sərtləşdirməyə söz versə də, 2014-cü ilin sentyabrında partiyadaşları ilə razılaşmadığına görə bu planlardan imtina edib.
Mitinqin iştirakçıları islahat həyata keçirilməyəcəyi halda seçkilərdə partiyanı daha dəstəkləməyəcəklərini bildiriblər.
Mənbə:> ANSPRESS