İrəvanda gərginlik başladı
Ermənistanın paytaxtı İrəvanda gərginlik başlayıb. ANS PRESS-in məlumatına görə, Ermənistan Nazirlər Kabinetinin binasının girişləri polis tərəfindən nəzarətə götürülüb.
Buna səbəb İrəvanda keçirilən “Mən əleyhinəyəm” etiraz aksiyasının iştirakçılarının Maliyyə Nazirliyinin binasına girmək istəyi olub.
Polis aksiya iştirakçılarından kənara çəkilməyi tələb edib. Lakin onlar əmrə tabe olmayıblar. Nəticədə, polis binanın qarşısına canlı divar çəkib.
Polislə aksiya iştirakçıları arasında toqquşma başlayıb.
Mənbə:> ANSPRESS