İrəvanda aclıq aksiyası
Ermənistanın "Milli Müqəddarıtını Təyinetmə" partiyasının sədri Paruyr Ayrikyanın aclıq aksiyası davam edir.
ANS PRESS-in məlumatına görə, prezident Serj Sarkisyanın istefası tələbi ilə aksiyaya başlayan müxalifətçiyə daha 6 partiyadaşı da qoşulub.
Bu haqda İrəvanın mərkəzində keçirilən mitinqdə bildirilib.
Qeyd edək ki, Paruyr Ayrikyan Ermənistanda keçirilən son prezident seçkilərində namizədliyini irəli sürmüşdü. Ona qarşı İrəvanın mərkəzində sui-qəsd olmuşdu. Paruyr Ayrikyan döş qəfəsindən güllə yarası almışdı.
Mənbə:> ANSPRESS