Bu dəfə "buz vedrəsi aksiyası"nın sonu heç də yaxşı bitmədi – VİDEO
Məqsədi mərkəzi sinir sisteminin xəstəliyi olan amiptrofik skleroz (ALS) haqqında maarifləndirmədən ibarət olan bu kampaniya qəzasız ötüşməyib. Belə ki, ABŞ-ın Illinois əyalətində yaşayan Ryan Pfledererin bu kampaniyaya fərqli yanaşma istəyi onun üçün heç də xoş nəticələnməyib.
İnterAz-ın Əlcəzirə-yə istinadən verdiyi xəbərə görə, Ryan dostundan traktorun çömçəsi ilə başına su tökməsini istəyərkən xoşagəlməz hadisə baş verir. Traktorun çömçəsi Ryanın başına bərk dəysə də dostu suyu tökməyə davam edir.
Mənbə:> Inter.az