Pişiklərin qənimi həbs edildi
Pişiyə işgəncə verən gənc həbsə məhkum edilib.
ANS PRESS-in məlumatına görə, hadisə Fransada yaşanıb. 24 yaşlı bir gənc iki pişiyə işgəncə verdiyi üçün Tur şəhər məhkəməsi tərəfindən 3 aylıq həbslə cəzalandırılıb.
Bundan başqa, təqsirli bilinən şəxsin heyvan haqları dərnəklərinə 3429 avro pul cəzası ödəməsi də bəyan edilib. Ən maraqlısı isə onun ömür boyu heyvan sahibi olmağına qadağa qoyulması olub.
Avropada bu cür hadisələr artıq bir neçə dəfədir ki, baş verir. Heyvanlara qarşı əzazil davranan insanlar məhkəmə qərarı əsasında həbslə cəzalandırılır.
Mənbə:> ANSPRESS