‘Apple’ ‘Samsung’un satışına qadağa qoya bilmədi » AzNews.info -Xəbər portalı

‘Apple’ ‘Samsung’un satışına qadağa qoya bilmədi

‘Apple’ ‘Samsung’un satışına qadağa qoya bilmədi


“Apple” “Samsung” brendinə məxsus smartfon və planşetlərin ABŞ-da satışına qadağa qoyulmasına nail olmayıb. ABŞ-ın Federal Məhkəməsi Cənubi Koreya istehsalçısının xeyrinə qərar çıxarıb.

AzNews.info “ICTnews”a istinadən xəbər verir ki, 2014-cü ilin mayında məhkəmə "Samsung"u "Apple"a məxsus üç patentin pozulmasında təqsirli bilib. Məhkəmənin qərarına əsasən, “Samsung” şirkəti 120 milyon dollar məbləğində cərimələnib, halbuki “iPhone” istehsalçısı 2,2 milyard dollar dəyərində kompensasiyaya ümid edirdi. Bu qərardan sonra “Apple” rəqibin müəyyən məhsullarına müddətsiz məhkəmə qadağası çıxarılmasını tələb edib.

Amma dairə hakimi Lüsi Kox ABŞ şirkətinin arqumentlərini qadağa haqqında qərarın çıxarılması üçün kifayət qədər əsaslı hesab etməyib.

“Biz bu qərarı alqışlayırıq. Əvvəlki kimi amerikalı istehlakçılara geniş innovasiya məhsulları seçimi yaratmağa çalışırıq” – “Samsung” şirkətinin nümayəndəsi bildirib.

Mənbə: ICTnews.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *