78 uşağa ağır həbs cəzası
Misirin şimalındakı İskəndəriyyə şəhərində cəza məhkəməsi, 16 yaşdan aşağı 78 uşağa 2-5 il arasında dəyişən həbs cəzaları verib.
ANS PRESS-in məlumatına görə, uşaqlar "Müsəlman Qardaşlar Təşkilatına" (İhvan) üzv olmaq, nümayiş təşkil etmək və silah saxlamaqda günahlandırılaraq ittiham olunublar.
Uşaqların vəkili Əhməd əl-Qamri xəbəri təsdiqləyib. O bildirib ki, uşaqların hamısı bu il yanvar-may aylarında nəzarətə alınıb.
Mənbə:> ANSPRESS