Ər-arvad 106 il həbs cəzası aldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Ər-arvad 106 il həbs cəzası aldı

Ər-arvad 106 il həbs cəzası aldı


ABŞ-da uşaqlarına işgəncələr verdiyi üçün ana 78 il məhkum edilib.

ANS PRESS-in məlumatına görə, Sent-Luisdə keçirilən məhkəmə iclası zamanı 34 yaşlı Lakeşa Stenli üç körpənin üzərində zorakılıqda ittiham olunub.

Qadın öz uşaqlarını beysbol taxtası ilə döyüb, onları qamçılayıb və hətta onları batırmağa çalışıb.

İlk dəfə bu iş 2011-ci ildə Lakeşinin on yaşlı qızı məktəbdə əlində olan ağrılardan şikayətlənərkən aşkarlanıb. Qızın bədənində çoxsaylı izlər aşkar edilərkən, o etiraf edib ki, anası mütəmadi olaraq onu döyür. Qız həmçinin deyib ki, onun səkkizyaşlı bacısı beysbol taxtası ilə döyülüb.

Araşdırmalar zamanı məlum olub ki, ana azyaşlıları elektrik məftilləriylə bağladığından onların bədənində dərin kəsiklər əmələ gəlib.

Keçən il uşaqların üzərində zorakılıq aşkarlandığı üçün Lakeşin əri də həbs edilib. Ər arvad Aleksandr və Stenli ümümilikdə 106 il həbs cəzası alıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *