Con Kerri Misirə səfər etdi
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Misirin paytaxtı Qahirəyə səfər edib. ANS PRESS-in məlumatına görə, səfərin məqsədi yaxın günlərdə Qahirədə keçiriləcək və Qəzza zolağının bərpasına həsr olunmuş beynəlxalq konfransda iştirak etməkdir.
Konfransda 50-dən çox ölkənin nümayəndələri İsraillə Fələstinin «HƏMAS» qruplaşması arasında sonuncu qısamüddətli müharibədən sonra Qəzza zolağının gələcək aqibətini müzakirə edəcəklər. Fələstin Muxtariyyətinin rəhbərliyi Qəzza zolağının infrastrukturunun bərpası üçün 4 milyard dollar həcmində maliyyə yardımına nail olmağa çalışacaq.
İsrailin «HƏMAS»ın raket hücumlarını dayandırmaq məqsədilə iyulun 7-dən avqustun 26-dək həyata keçirdiyi «Məhvedilməz Qaya» adlı hərbi əməliyyatdan sonra Qəzza zolağı xarabalığa çevrilib.
Mənbə:> ANSPRESS