ABŞ İsraili tənqid etdi
ABŞ Dövlət Katibi yeni yaşayış yerinin tikintisi üçün İordan çayının Qərb sahilində 100 hektar torpağı ələ keçirdiyi üçün İsrail hakimiyyətini tənqid edib.
ANS PRESS-in məlumatına görə, Kerri “torpaq” məsələsinin eləcədə Fələstin-İsrail münaqişəsinin müzakirəsi üçün Fələstin rəhbərliyi ilə görüşmək niyyətindədir.
Ötən hün ABŞ-ın İsraildəki səfiri Den Şapiro yüksək rütbəli israilli məmurlar ilə bir neçə görüş keçirib. Görüş zamanı səfir “İsrail ABŞ-ni planları barədə məlumatlandırmayıb və bununlada amerika hökümətini çox təəccübləndirdi”- deyərək narazılığını bildirib.
Çərşənbə axşamı ABŞ Dövlət Departamenti nümayəndəsi Cen Psakidə İsrailin qərarından narahatlığını qedy edərək ölkə rəhbərliyini strategiyanı dəyişməyə çağırıb. Onun sözlərinə göeə Fələstin torpaqlarının özünüküləşdirilməsi sülh planları ilə düz gəlmir.
ABŞ ilə bərabər narahaçılığını bir çox Avropa ölkələri də bildirib. Böyük Britaniya, Fransa, İspaniya və İtaliyanın nümayəndələrinin fikriincə yeni məskunlaşma məntəqələrinin tikintisi münaqişə tərəfləri arasında gərginliyi artıracaq.
Mənbə:> ANSPRESS