İsrail yeni yanacaq növü tapıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

İsrail yeni yanacaq növü tapıb

İsrail yeni yanacaq növü tapıb


İsrail enerji təhlükəsizliyi problemini həll etmək üçün yeni lahiyəyə başlayıb.

ANS PRESS-in məlumatına görə, İsrailin Xa-Şfela rayonunda maye yanacaq şistlərinin hasilatı üzrə pilot layihənin həyata keçirilməsinə başlanacaq.

Uzun illər Geologiya İnstitutunda işləmiş doktor Moşe Şirav layihə barədə məlumat verib: “Bu materialdan enerji ehtiyaclarını ödəmək üçün, məsələn, kömür və digər materiallar kimi, istifadə etmək olar. Bu halda, digər qeyri-üzvi tullantılarla qarışmış neftdən fərqli olaraq, bərk maddədən söhbət gedir. Şistdən enerji mənbəyi kimi istifadə etmək üçün onu kömür kimi xırdalayıb yandırmaq lazımdır”.

M.Şiravın sözlərinə görə, pilot layihədə tətbiq ediləcək texnologiya dünyanın bir neçə ölkəsində, o cümlədən Koloradodakı yataqlarda sınaqdan keçirilib. Lakin hələlik heç yerdə materialın hasilatı və istifadəsinin rentabelli sxemini yaratmaq mümkün olmayıb. Ətraf mühitin çirklənməsindən ehtiyatlanan ekoloqların ciddi etirazlarını da buraya əlavə etmək lazımdır.

İsraildə yanacaq şistləri ehtiyatları ilə bağlı sualı cavablandıran M.Şirav deyib: “Söhbət iri həcmlərdən gedir. Mən sizə milyon və ya milyard barelə bərabər rəqəmlər deməyəcəyəm. Yalnız onu deyirəm ki, bu ehtiyatlar İsrailin enerji ehtiyaclarını hələ bir neçə yüz il ödəməyə yetər”.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *