ANS-in pilotsuz təyyarə araşdırması
http://www.anspress.com/images/photos/49865.jpgİran səmasında Natanz nüvə mərkəzi üzərində kəşfiyyat apararkən vurulmuş pilotsuz təyyarə ilə Azərbaycana ünvanlanan itthamlar cavabını alır.
Müdafiə Nazirliyi iddiaları qəti şəkildə təkzib edərək İsrail istehsallı “Hermes 450” tipli pilotsuz kəşfiyyat təyyarəsinin Azərbaycan ərazisindən buraxıldığı barədə yayılan məlumatları yalnız təxribat adlandırdı. Çünki bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında ümumiyyətlə yoxdur.
Mövzunu ANS araşdıraraq belə nəticəyə gəlir ki, italiyalı jurnalist İtaliya hərbi hava qüvvələrinin leytenantı olmuş Devid Senssotinin ortaya atdığı piltosuz təyyarənin Azərbaycan bölgəsindən çıxması iddasının mənbəyi belə yoxdur. Digər tərəfdən İranın rəsmi xəbər agentlikləri, İran Telviziyası və İranın xarici yayımı üçün nəzərdə tutulan Press TV kanalı italiyalı jurnailstin Azərbaycanla bağlı ortaya atdığı iddiaya yer vermədi.
Fars xəbər agentliyi də bu xəbəri öz lentində yerləşdirdi ki, bu agentliyin də İran müxalifətinə aid olduğu ortadadır. Belə çıxır ki, son zamanlar getdikcə yaxşılaşan Azərbaycan-İran münasibətlərindən narahat olan qüvvələr var.
Xatırlatmaq yerinə düşər ki, son bir ildə Azərbaycan rəsmiləri, prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin, daha sonra Əli Həsənovun, ardınca isə Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin İrana çox uğurlu səfərləri oldu. FHN naziri Kəmaləddin Heydərovun İran prezidenti ilə Tehranda görüşündən sonra isə Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri baş tutdu.
İran-Azərbaycan münasibətlərində olduqca yüksək qiymətləndirilən bu görüşdən İran prezidenti Həsən Ruhani şəxsən məmnunluq bildirmişdi. Azərbaycan prezdentinin Tehran səfərindən sonra isə İranın “Səhər 2” kanalının antiazərbaycan proqramları tamamilə bağlandı.
İran ilk dəfə olaraq ölkəsində Azərbaycanın müstəqil kanalının fəaliyyət göstərməsi üçün ANS-ə lisenziya verdi. Eyni zamanda İranın yüksək çinli rəsmilərinin Bakıya səfəri baş tutdu.
İndi görünən odur ki, bu münasibətlərdən narahat olan qüvvələr var. Belə ki, sentyabr ayında İran prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri gözlənilir və həmin qüvvələr səfər öncəsi iki dövlətin münasibətində narahatlıq yaratmağa cəhd göstərirlər.
Yaxın Şərqdə İsraillə Fələstin qarşıdurmasında İran açıq şəkildə Fələstini dəstəklədiyini gizlətmir. Rəsmi Təl-Əvivi Fələstinlə bərabər həm də İranla mübarizə aparır. İsrail öz ərazisində güclü raketdən müdafiə sistemi qurmasına baxmayaraq son hücumlarda bir çox raket zərbəsi aldı. Odur ki, İsrailin İranın hərbi potensialını təftiş etməsi normaldır. Lakin bunu 3-cü dövlətin ayağına yazmaq istəkləri sadəlövh görünür.
Azərbaycan dəfələrlə bəyan edib ki, öz ərazisindən başqa bir dövlətin hərbi maraqlarına xidmət edən əməliyyatların keçirilməsinə imkan verməyəcək. İran bizim üçün qardaş ölkə olmaqla yanaşı orda yaşayan insanlar da bizə doğma olduğundan rəsmi Bakı bu siyasətində dayanıqlı olub. Azərbaycanda sonuncu hərbi baza Rusiyanın icarəyə götürdüyü Qəbələ RLS idi ki, o da artıq yoxdur.
Mənbə:> ANSPRESS