Rusiya sərnişin təyyarəsi radardan itdi – 224 sərnişin yoxa çıxdı
Misirin Şarm Əş Şeyx şəhərindən Sank-Peterburqa yola düşən Rusiyanın sərnişin təyyarəsi radardan itib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə təyyarənin havaya qalxmasından 23 dəqiqə sonra baş verib. Airbus şirkətinə məxsus təyyarədə 217 sərnişin və yeddi ekipaj üzvü olub.
Təyyarənin qalıqlarının Misirdə yerləşən Sinay adasına düşdüyü bildirilir. Hazırda qəza baş verən əraziyə təcili yardım və fövqəladə xidmətiin əməkdaşları cəlb edilib.
Lakin Misir rəsmi olaraq təyyarənin qəzaya düşmədiyini və Türkiyəyə doğru uçduğunu bildirib.
Misir baş naziri isə baş verənlərlə bağlı situasiyaya nəzarət etmək üçün bütün görüşlərini təxirə
Mənbə:> Qafqazinfo.az