FTX: Rusiya təyyarəsi partladılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Kriminal, Dünya

FTX: Rusiya təyyarəsi partladılıb

FTX: Rusiya təyyarəsi partladılıb


A321 sərnişin təyyarəsinin göyərtəsində uçuş zamanı gücü trotil ekvivalenti ilə 1 kq təşkil edən əldəqayırma partlayıcı qurğu işə düşüb, bu barədə Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov bəyan edib, Oxu.Az xəbər verir.

“Mütəxəssislərimizin qiymətləndirməsinə görə, təyyarənin göyərtəsində uçuş zamanı trotil ekvivalentində 1 kq gücü olan partlayıcı qurğu işə düşüb, nəticədə təyyarənin havada parçalanması baş verib. Bu, təyyarənin hissələrinin uzaq məsafələrə düşməsini izah edir”, - o, bu barədə Rusiya təyyarəsinin Sinay yarımadasında qəzaya uğramasının səbəblərinin istintaqına həsr edilmiş iclasda bildirib.

Qeyd edək ki, oktyabr ayının 31-də Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 sərnişin təyyarəsi Misirdə Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 224 nəfərin hamısı həlak olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *