Budapeştdə təyyarə partlayış təhlükəsi ucbatından təcili endi
Berlindən Hurqaduya uçan sərnişin təyyarəsi Budapeşt aeroportunda təcili eniş edib, belə ki, təyyarənin göyərtəsində partlayıcı qurğunun olmasına dair məlumat verilib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə polis məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının mətbuat katibi bəyan edib ki, təhlükə barədə məlumat aviadispetçerə gəlib. Bu zaman o, konkret adları dəqiqləşdirməyib.
Polisdən hal-hazırda partlayıcı qurğunun axtarışı aparıldığı bildirilib. Sərnişinlərin və baqajın yoxlanılması işi gedir.
Qeyd edək ki, təyyarənin göyərtəsində 130 sərnişin və yeddi heyət üzvü olub.
Mənbə:> Oxu.Az