İndoneziyada göyərtəsində 54 nəfər olan təyyarə itib
İndoneziyanın şərqində Papua vilayətində göyərtəsində 49 sərnişin və 5 heyət üzvü olan təyyarə havaya qalxandan bir az sonra radarlardan itib.
Oxu.Az xəbər verir ki, bu barədə İndoneziya milli axtarış-xilasetmə xidməti BASARNAS öz Twitter səhifəsində məlumat yayıb.
İki mühərrikli sərnişin ATR 42-300 təyyarəsi Trigana Air Service şirkətinə məxsusdur.
Qeyd edilir ki, sərnişinlərdən 5-i uşaqdır.
Mənbə:> Oxu.Az