İranda təyyarə qəzası
İranda polis təyyarəsi qəzaya uğrayıb.
ANS PRESS-in məlumatına görə, hadisə ölkənin cənub-şərq şəhərlərindən olan Zahədan yaxınlığında – dağ yamacında baş verib.
Hadisə nəticəsində 7 nəfər dünyasını dəyişib. İlkin məlumatlara əsasən, qəzaya səbəb kimi təyyarənin çox uzun müddət istismar edilməsidir.
Yüngülmühərrikli “Turbo Commander” polislərə hücum faktının araşdırılması üçün İranın paytaxtı Tehrandan ölkənin cənub-şərqinə üz tuturmuş. Təyyarənin göyərtəsində cəmi 4 sərnişin və 3 nəfər ekipaj üzvü olub. Onlardan birinin polis müstəntiqi olduğu bildirilir.
Mənbə:> ANSPRESS