Moskva-Gəncə təyyarəsi qəza enişi edib
Bu gün Rusiyanın Minvod (Mineralnıye vodı- Stavropol bölgəsi) aeraportunda Ural hava yollarına məxsus Moskva-Gəncə reysi ilə uçan təyyarə qəza enişi edib.
ANS PRESS-in məlumatına görə, bu barədə ИА REGNUM portalı aeraport nümayəndələrinə istinadən xəbər yayıb.
Xəbərdə deyilir ki, 22 iyul səhər saatlarında, içərisində yüzdən çox sərnişin olan Moskva-Gəncə reysi ilə uçan təyyarə məcburi eniş edib. Sərnişinlər arasında hər hansı bir xəsarət alınması və vətəndaşlıqları barədə barədə xəbər verilmir. Qeyd olunur ki, təyyarəyə texniki baxış edilən zaman sərnişinlər yerli otellərə yerləşdiriliblər.
Aeraportdan bildiriblər ki, texniki baxışdan və nasazlıqların aradan qaldırılmasından sonra Moskva-Gəncə təyyarəsi reysi üzrə uçuşunu davam etdirib.
Qeyd edək ki, bundan əvvəl gecə saatlarında eyni hava yollarına məxsus Simferopol-Sankt peterburq reysi ilə uçan təyyarə də Minvod aeraportunda qəza enişi edib.
Mənbə:> ANSPRESS