108 sərnişin göydə dəhşət yaşadı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

108 sərnişin göydə dəhşət yaşadı

108 sərnişin göydə dəhşət yaşadı


Türk Hava Yollarına (THY) məxsus təyyarələrdən biri yüngül qəza keçirib.

ANS PRESS-in məlumatına görə, THY-nin Airbus-319 tipli sərnişin təyyarəsi ötən gün axşam saatlarında İstanbuldan Ştutqart istiqamətinə uçarkən problemlə üzləşib. Atatürk hava limanından səmaya qalxan təyyarə bir müddət sonra böyük bir quş sürüsü ilə toqquşub.

İçərisində 108 sərnişin olan təyyarədə qısa müddətlik qorxu dolu anlar yaşanıb. Pilot dərhal hava limanına xəbər verərək, texniki nasazlıqla üzləşdiyi üçün geri qayıtmalı olduğunu deyib.

Çox keçmədən təyyarə Atatürk hava limanına eniş edib. Sərnişinlər çıxarıldıqdan sonra təyyarə anqara aparılıb.

Təyyarəyə baxış zamanı müəyyən edilib ki, sağ mühərrikə zərər dəyib. Həmin təlaş keçirən sərnişinlər isə növbəti saatda başqa bir təyyarə ilə səfərlərini reallaşdırıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *