Alman təyyarəsi quş sürüsü ilə toqquşdu və…
Livandan havaya qalxan təyyarə bir neçə dəqiqə sonra geri qayıtmalı olub.
ANS PRESS-in məlumatına görə, Almaniyanın “Lufthansa” aviaşirkətinə məxsus A321 təyyarəsi Beyrut Beynəlxalq hava limanından Frankfurt-na-Mayn istiqamətinə havaya qalxıb.
İçərisində 6 ekipaj üzvü və 144 sərnişin olan təyyarə 14 dəqiqə sonra havada quş sürüsü ilə toqquşub və mühərriklərdən biri zədələnib. Pilotlar təyyarənin istiqamətini dəyişərək geri qayıtmalı olublar.
Təyyarə Beyrut hava limanına endikdən sonra anqara göndərilib. Təyyarədəki sərnişinlər isə başqa bir uçuş vasitəsilə Frakfurta sağ-salamat uçublar.
Mənbə:> ANSPRESS