Ərdoğanın təyyarəsi havada qaldı
Səudiyyə Ərəbistanına rəsmi səfərini başa vuran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə qayıdıb.
ANS PRESS-in məlumatına görə, Səud hava yollarından birinə aid sərnişin təyyarəsi Səbihə Gökçən hava limanında enişi zamanı texniki nasazlıq səbəbilə uçuş zolağında qalıb. Yaranan vəziyyətə görə hava limanınında yarım saat uçuşlar dayandırıldı. Hadisə gecə Bakı vaxtı ilə 00:30 radələrində baş verib.
Hava limanından verilən açıqlamada bildirilib ki, eniş həyata keçirə bilməyən təyyarələr havada tur atmalı olublar. Nasazlığı olan təyyarə uçuş zolağından aparıldıqdan sonra bütün reyslər bərpa edilib.
Havada qalan təyyarələrdən biri də Türkiyə prezidentinin olduğu təyyarə imiş. Uçuşlar dayandırılmadan 10 dəqiqə əvvəl Ərdoğanın şəxsi təyyarəsi Ankaradan İstanbula doğru uçurmuş. Yaranan problem səbəbilə həmin təyyarənin havada 2 dəfə dövrə vurduğu, uçuşlar açıldıqdan 18 dəqiqə sonra Yerə endiyi bildirilir.
Türkiyə prezidenti və həyat yoldaşı hava limanından Üsküdardakı evlərinə yollanıb.
Mənbə:> ANSPRESS