Yeni reys açıldı
Türkiyə ilə Azərbaycan arasında yeni hava reysi açılıb.
ANS PRESS-in məlumatına görə, Türkiyə Hava Yollarına (THY) məxsus təyyarələr martın 15-dən etibarən İstanbulun "Sabiha Gökçen" hava limanından Bakıya və əks istiqamətdə uçuşlar keçirəcək. THY-nin mətbuat xidmətindən verilən açıqlamaya əsasən, Bakıya açılan bu reys Tiflisdən sonra ikinci olacaq.
THY-nin Mətbuat Xidmətindən həmçinin bildirilib ki, sərnişinlər Sabiha Gökçen-Bakı və əks istiqamətdə həftənin 7 günü səyahət edə biləcəklər. Qiymət isə gediş və dönüş daxil olmaqla 275 avrodan (təxminən 327 manat) başlayacaq.
Mənbə:> ANSPRESS