AZAL-ın təyyarəsi Şarja hava limanında məcburi eniş edib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

AZAL-ın təyyarəsi Şarja hava limanında məcburi eniş edib

AZAL-ın təyyarəsi Şarja hava limanında məcburi eniş edib


Bakı-Dubay marşrutu (aviareys J2011) ilə uçuş həyata keçirən və BƏƏ-nin Şarja hava limanında məcburi eniş edən “Azərbaycan Hava Yolları” (AZAL) QSC-yə məxsus “Airbus-320-200” təyyarəsinin sərnişinləri yaxın dəqiqələrdə avtobuslarla Dubaya yola salınacaq.

AzNews.info xəbər verir ki, bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Məlumata görə, AZAL-ın təyyərəsinin Şarja hava limanında məcburi eniş etməsinin səbəbi həmin vaxt Dubay aeroportunun dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə əlaqədar bütün aviareyslər üçün bağlanılması olub. İki aeroport arasında məsafə təxminən 25 km-dir.

Qeyd edək ki, Bakıdan saat 09:06-da havaya qalxan “A-320” təyyarəsi yerli vaxtla 11:55-də Dubay Beynəlxalq Hava Limanına enməli idi. Lakin Dubay Beynəlxalq Hava Limanının rəsmi tədbirlə əlaqədar bağlandığı üçün təyyarə havada 20-30 dəqiqə dövrə vurduqdan sonra Şarja Beynəlxaq Hava Limanına enməli olub.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *