Bakı-Naxçıvan təyyarəsi nasazlığa görə geri qayıtdı
Bu gün Bakı-Naxçıvan marşrutu üzrə AHY-255 reysini həyata keçirən "Boeing-757" təyyarəsi avialaynerin mühərriklərinin birində yaranan nasazlıq səbəbindən Heydər Əliyev Beynəlxalq Hava Limanına qayıdıb.
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən verilən məlumata görə, eniş yerli vaxtla saat 19:21-də ştat rejimində əmin-amanlıqla başa çatıb.
Qayıdan təyyarənin sərnişinləri yaxın vaxtlarda ehtiyat təyyarə ilə Naxçıvana yola salınacaq.
Mənbə:> Virtualaz.org