Berlin-Bakı təyyarəsi zədələndi
Berlin aeroportunda mayın 27-də yerli vaxtla saat 09:30-da hava limanının yerüstü xidmətləri tərəfindən xidməti texnikanın yerinin dəyişdirilməsi zamanı Berlin-Bakı marşrutu üzrə AHY-064 reysini həyata keçirən "A-319" təyyarəsinin qanadının ucu zədələnib.
Virtualaz.org bildirir ki, bu barədə "Azərbaycan Hava Yoları" QSC (AZAL) məlumat yayıb.
Məlumata əsasən, bu reysin sərnişinləri Berlindən Bakıya İstanbul vasitəsilə yola salınır.
Zədələnmənin səbəbi AZAL-ın ekipajı cəlb edilməklə Berlin aeroportununun yerüstü xidmətləri tərəfindən araşdırılır. Təyyarənin bərpası və geri qaytarılması üzrə tədbirlər görülür.
Mənbə:> Virtualaz.org