Türkiyə təyyarəsi Rusiyada məcburi eniş etdi
Türkiyə aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq və hava şəraitinin pis olması səbəbindən Rusiyanın İrkutsk şəhərində məcburi eniş edib.
Bu barədə Oxu.Az İntefax-a istinadən xəbər verir.
“İstanbul-Bişkek-Ulan-Bator marşrutu üzrə uçan təyyarə, Ulan-Batorda hava şəraiti ilə pis olduğuna görə İrkutsk hava limanında eniş edib”, - nəşrin məlumatında bildirilir.
Qeyd olunur ki, təyyarədə 150 sərnişin var, və onların heç biri gömrük yoxlanışından keçməyib, yəni Rusiya ərazisinə daxil olmayıb.
Mənbə:> Oxu.Az