Azarkeşlərin səs-küyü təyyarənin məcburi enişinə səbəb oldu
Porto - İstanbul marşrutu ilə uçan "Turkish Airlines" şirkətinə məxsus təyyarə İtaliyanın paytaxtı Romada məcburi eniş edib.
Buna səbəb təyyarədə olan İsrail komandası "Makkabi"-nin azarkeşlərinin səs-küy salması olub. Səs-kük digər sərnişinlərin narahatçılığına səbəb olduğundan, kapitan məcburi eniş etməyə qərar verib.
Qeyd olunur ki, azarkeşlər İstanbulda tranzitlə Portodan Tel-Avivə Çempionlar Liqasının qrup mərhələsi çərçicəsində keçiriləcək "Makkabi" - "Porto" oyununu izləmək üçün yola düşmüşdülər.
Qayda pozan sərnişinlər Romada saxlanılıb, təyyarə isə İstanbula yolunu davam etdirib.
Mənbə:> Trend