Hava limanında iki təyyarə toqquşdu
Fransanın paytaxtı Parisin Şarl-de-Qoll hava limanında "Air France" şirkətinə məxsus "Airbus A320" təyyarəsi ilə "Boeing 777-300 ER" təyarəsi toqquşub. ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Bildirilir ki, A320 Tunisə uçmağa hazırlaşıb. "Boeing 777" isə Dakaradan gəlib və enişə hazırlaşıb.
Qəzanın səbəbləri bilinmir. Məlumata görə, təyyarələr bir-birinə dəysə də sərnişinlər və ekipaj üzvlərindən xəsarət alan olmayıb. Hava limanı ərazisində iki təyyarənin toqquşmasının səbəbləri isə açıqlanmayıb.
Analoji hadisə bu ilin fevralında ABŞ-ın Detroyt şəhərində Metropoliten hava limanında da baş verib. Hadisə qanadı buz bağlayan iki təyyarə təmizlənməyə göndərilən zaman baş verib.
"American Airlines" şirkətinə məxsus "Boeing 737" təyyarəsi eyni modeldə olan və "Southwest Airlines"ə məxus hava gəmisinin quyruq hissəsinə zərblə toxunub. Hər iki təyyarə daxili uçuşlar həyata keçirirdi
Mənbə:> ANSPRESS