Rusiyada təyyarə qəzası: Onlarla insan öldü » AzNews.info -Xəbər portalı

Rusiyada təyyarə qəzası: Onlarla insan öldü – VİDEO (YENİLƏNİB)

Rusiyada təyyarə qəzası: Onlarla insan öldü


Rostov-na-Don şəhərində “Boeing”in yerə çırpılmasının səbəbi kimi yalnız hava şəraiti versiyası nəzərdən keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib.

Bildirilir ki, təyyarənin göyərtəsində 6 ekipaj üzvü və 55 sərnişin olub.

“İlkin informasiyaya görə, göyərtədə 55 sərnişin və 6 ekipaj üzvü olub. Təəssüf ki, onların hamısı həlak olublar”, - deyə, Rusiya FHN əməkdaşı bildirib.

07:58

Rusiyanın Rostov-na-Donu şəhərinin hava limanında sərnişindaşıyan “Boeing” təyyarəsi qəzaya uğrayıb.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, “Flydubai” şirkətinə məxsus təyyarə Dubaydan Rostov-na-Donu şəhərinə uçurmuş.

“Boeing-737” eniş edərkən yerlə toqquşub.

Təyyarənin göyərtəsində 55 sərnişin, o cümlədən 4 uşaq, həmçinin 7 ekipaj üzvü olub.

Onların hamısı həlak olublar.

Rusiya FHN-nin nümayəndələri qeyd edirlər ki, təyyarə pis hava şəraitində eniş edirmiş - Rostovda tufan xəbərdarlığı elan olunubmuş.


Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *