Rusiya helikopteri qəzaya uğradı

Rusiyanın Krasnoyarsk diyarında göyərtəsində 22 sərnişin və 3 ekipaj üzvü olan "Mi-8" helikopteri qəzaya uğrayıb.
Report xəbər verir ki, helikopter diyarın Turuxan rayonunda sərt eniş edib.
"Mi-8" İqarka - neft ötürücü stansiya marşrutu üzrə hərəkət edirmiş.
Helikopter Rusiyanın "Turuxanavia" helikopter avia şirkətinə məxsusdur.
İlkin məlumata əsasən, qəza nəticəsində ən azı iki nəfər ölüb.
Mənbə: Report.az