Yeni Zelandiyada helikopter qəzaya uğradı: sağ qalan yoxdur » AzNews.info -Xəbər portalı

Yeni Zelandiyada helikopter qəzaya uğradı: sağ qalan yoxdur

Yeni Zelandiyada helikopter qəzaya uğradı: sağ qalan yoxdur


Göyərtəsində yeddi nəfərin olduğu helikopter Yeni Zelandiyada Foks buzlağında qəzaya uğrayıb, New Zealand Herald qəzeti məlumat yayıb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, polis helikopterin göyərtəsində olan altı sərnişinin və bir pilotun öldüyünü təsdiqləyib.

Alpine Adventures şirkətinin nümayəndəsi helikopterin şirkətə mənsub olduğunu təsdiqləyib, amma şərh verməkdən imtina edib.

Hakimiyyət hadisə ilə bağlı araşdırma aparır və həlak olanların qohumları ilə əlaqə yaratmağa çalışır.

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilməyib. İlkin dəyərləndirmələrə əsasən qəzaya səbəb əlverişsiz və dumanlı hava şəraiti ola bilər.

Qeyd edək ki, Foks buzlağı Cənub adasının qərb sahilində, adanın əsas şəhəri olan Kraystçerç şəhərindən təxminən 150 km məsafədə yerləşir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *