Pakistanda hərbi helikopter qəzası: 9 ölü » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya

Pakistanda hərbi helikopter qəzası: 9 ölü

Pakistanda hərbi helikopter qəzası: 9 ölü


Pakistanın şimali-qərbində hərbi helikopterin qəzaya uğraması nəticəsində ən azı 9 nəfər həlak olub.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, helikopterdə 12 nəfər olub, üç nəfərin taleyi haqqında heç bir məlumat verilmir.

Hərbi tibb işçilərini daşıyan Mi-17 helikopteri Hayber-Paxtunxva əyalətinin dağlıq hissəsində qəzaya uğrayıb.

Pakistan ordusunun nümayəndəsinin sözlərinə görə, qəzaya səbəb texniki nasazlıq olub, texniki problemin xarakteri barədə heç bir məlumat verilmir.

İl ərzində Pakistanda artıq ikinci dəfədir ki, helikopter qəzaya uğrayır. May ayında Pakistanın şimalında baş verən qəza nəticəsində yeddi nəfər həlak olub, onların içində Filippin və Norveç səfirləri də olub.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *