11 hərbçi qəzaya düşdü
Amerika Birləşmiş Ştatlarında (ABŞ) helikopter qəzası baş verib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Florida ştatında hərbi təlimlərə cəlb edilən helikopterlərdən qəzaya uğrayıb.
İçərisində 11 hərbçi olan helikopter qatı dumanlı hava şəraitində düşüb. Pensakola və Destin bölgələrində orduya aid sahil bölgəsində axtarışların həyata keçirildiyi bildirilir.
Son olaraq axtarışlar zamanı helikopterin müəyyən issələrinin və insan qalıqlarının aşkar edildiyi xəbəri yayılıb. Bu isə 7-si HDQ, 4-ü HHQ hərbçisi olmaqla, 11 hərbçinin həyatda qalmaq ümidlərinə son qoymaq deməkdir.
Ağ Ev rəsmisi Coş Ernest gün ərzində keçirilən brifinqdə ABŞ prezidenti Barak Obamanın generallar ilə danışdığını, hərbçilərin itkisindən sarsıldığını və onların ailələrinə başsağlığı çatdırdığını deyib.
Mənbə:> ANSPRESS