An-148 qəzası anbaan kameralara düşdü – VİDEO
Moskva şəhərinin kənarında An-148 sərnişin təyyarəsinin qəza anı şəxsi evlərdən birinin təhlükəsizlik kamerasına düşüb.
Videogörüntü “Youtube” portalına yerləşdirilib.
Kameradan çəkilmiş görüntüdə yerlə toqquşma zamanı laynerdə partlayışın baş verdiyi anı görmək olur.
An-148 təyyarəsi bazar günü, Domodedovo aeroportundan qalxdıqdan bir neçə dəqiqə sonra Moskvanın şəhərkənarı Ramenski rayonunda qəzaya uğrayıb. Təyyarə Moskvadan Orska (Orenburq vilayəti) uçub. Təyyarənin göyərtəsində 65 sərnişin və altı ekipaj üzvü olub. Qəzada sağ qalan olmayıb.
İki və daha artıq insanın ölümü ilə nəticələnmiş uçuş təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb (RF CM 263 m. 3-cü hissəsi).
Qəza səbəbilə bağlı ilkin ehtimallar – əlverişsiz hava şəraiti, insan faktoru və laynerin texniki nasazlığıdır.
Mənbə:> Oxu.Az