Putin təyyarə qəzası ilə bağlı xüsusi göstəriş verdi
Rusiya prezidenti Vladimir Putin An-148 təyyarəsinin qəzaya uğrama səbəblərini araşdırmağı tapşırıb.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov deyib.
Prezident hökumətə xüsusi komissiya yaratmağı tapşırıb. Müvafiq qurumlara da axtarış tədbirləri ilə bağlı göstərişlər verilib.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14.21 radələrində Moskvanın “Domodedovo” hava limanından qalxan və Orska uçan təyyarə uçuşdan 2 dəqiqə sonra radardan itib. Göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olan təyyarənin qalıqları Moskva ətrafında Ramensk rayonunun Stepanovsk kəndi ərazisində aşkarlanıb. Rusiya Fövqəladə Hallar Nazirliyi sərnişin və heyət üzvlərinin qəza nəticəsində həyatlarını itirdiyini açıqlayıb.
Mənbə:> Oxu.Az