Rusiyada 71 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının səbəbi açıqlandı
“İnterfaks”ın verdiyi məlumata görə, qəzaya səbəb təyyarənin havada “Rusiya Poçtu”na məxsus vertolyotla toqquşması olub.
* * *16:49
Rusiyanın "Saratov Hava Yolları" aviaşirkətinə məxsus "Ан-148" tipli sərnişin təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan 7 dəqiqə sonra qəzaya uğrayıb.
"Reuters" xəbər verir ki, təyyarənin Arqunovo kəndi ərazisində qəzaya uğradığı ehtimal edilir.
Təyyarədə 6 heyət üzvü və 65 nəfər sərnişinin olduğu bildirilir. Təyyarənin qalıqları səmadan Moskva ətrafında aşkar edilib. Xilasedicilər hələ hadisə yerinə çatmayıblar.
Mənbə:> Virtualaz.org