Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Dünya, Foto

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb – FOTO

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb


“Pakistan Beynəlxalq Hava Yolları” (PIA) şirkətinə məxsus, göyərtəsində 47 nəfər olan təyyarə qəzaya uğrayıb.

AzNews.info Report-a istinadən xəbər verir ki, təyyarə Xeybər-Paxtunxva əyalətinin Çitral şəhərindən ölkə paytaxtı İslamabada doğru hərəkətdə olub.

Məlumata görə, göyərtəsində 5 ekipaj üzvü, 42 sərnişin olan təyyarə havaya qalxdıqdan bir müddət sonra radarlardan itib və ölkənin şimalındakı Abbotabad yaxınlarında dağa çarpılıb.

Xəbərdə bildirilib ki, sərnişinlər arasında pakistanlı keçmiş pop müğənnisi Cüneyd Cəmşid və ailəsi də var.

Hökumət rəsmisi Taj Muhammad Xan “Reuters”ə açıqlamasında sərnişinlərin tanınmaz dərəcədə yandığını və qəzadan sağ çıxanın möcüzə olacağını vurğulayıb.

Hadisənin başvermə səbəbi ilə bağlı rəsmi məlumat yayılmasa da, təyyarənin motorundakı nazaslıq səbəbindən qəzaya uğradığı ehtimal edilir.

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb
Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *