"Qəzada sağ qalan yoxdu" - Fransa prezidenti
`Çox güman ki, Fransanın cənubunda A 320 təyyarəsinin qəzaya uğraması nəticəsində sağ qalan yoxdur`
Bunu Fransa Prezidenti Fransua Olland deyib.
Onun sözlərinə əsasən, qalıqların vəziyyəti deməyə əsas verir ki, qəza nəticəsində heç kəs sağ qalmayıb: "Təyyarə dağlıq əraizdə qəzaya uğrayıb".
Təyyarə qəzaya uğramazdan əvvəl fəlakət siqnalı ötürüb.
Qeyd edək ki, Fransanın cənubunda qəzaya uğramış təyyarənin göyərtəsində 142 sərnişin və 6 ekipaj üzvü olub. İnsident Yuxarı Provansın Alp departamentində baş verib.
Qəzaya uğramış "Airbus" təyyarəsi Barselonadan Düsseldorfa istiqamət almışdı.
Mənbə:> Trend